HƏMAS azad edəcəyi girovların adını - AÇIQLADI

HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının beşinci turunda azad ediləcək israillilərin adlarını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İzzəddin əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamada, Eli Sharabi, Or Levy və Ohad Ben Ami-nin sabah azad ediləcəyi bildirilib. Ohad Ben Ami, ikili Almaniya-İsrail vətəndaşıdır.
HƏMAS, məhbusların siyahısını vasitəçilərə təqdim edib və İsrail tərəfi siyahının məqbul olduğunu açıqlayıb.
Bundan sonra İsraildəki həbsxanalardan 183 fələstinlinin azad edilməsi gözlənilir. Azad ediləcək fələstinlilərdən 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş və 111-i isə 7 oktyabr 2023-cü ildən sonra Qəzza zolağında saxlanılan məhbuslardır.
Xatırladaq ki, İsrail HƏMAS arasında baş tutab atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-da qüvvəyə minib.
İlk dörd mərhələdə 583 fələstinli və 13 israilli azad edilib. Üç fazalı razılaşmaya əsasən, 42 gündə 1900-dən çox fələstinli və 33 israilli azad olunacaq.
22:14 07.02.2025
Oxunuş sayı: 4146