Braziliyada təyyarə qəzası: Ölən və yaralananlar var

Braziliyanın San-Paulu şəhərində kiçik təyyarə küçədə avtomobillərə çırpılıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarə avtobusa çırpılıb və iki nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.
Səlahiyyətlilər ölənlərin sayının artmasından narahatdır. Hadisə zamanı avtobusda sərnişinlərin olmaması böyük fəlakətin qarşısını alıb.
Şahidlər güclü partlayış səsinin ardından ərazidən qara tüstünün yüksəldiyini bildiriblər. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
King Air F90 model təyyarənin yerli vaxtla saat 07:20 radələrində qəzaya uğradığı və səkkiz sərnişin daşıya bildiyi bildirilib. Ancaq göyərtədə neçə nəfərin olduğu dəqiq bilinmir.
Braziliya mediası təyyarənin təcili eniş etməyə çalışdığını, lakin bunun səbəbinin məlum olmadığını qeyd edir. Polis və Braziliya Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb. Qəzadan sonra bölgədə hava məkanı bağlanıb.
19:50 07.02.2025
Oxunuş sayı: 3478