FHN xilasetmə əməliyyatı görüntüləri yayıb – üç azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Crossmedia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Cağırış üzrə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 2021-ci təvəllüdlü azyaşlını xilas ediblər.
Bundan əlavə, Şəmkir rayonu, Səməd Vurğun küçəsində iki azyaşlının evdə köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi avadanlıqlarla açaraq 2022-ci və 2023-cü il təvəllüdlü uşaqları xilas ediblər.
19:21 07.02.2025
Oxunuş sayı: 3937