ABŞ-dən BCM-yə qarşı SANKSİYALAR

ABŞ Prezidenti Donald Tramp Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edildiyini elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb .
Bu qərar BCM-nin İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə dair çıxardığı orderə cavab olaraq verilib.
Belə ki, sanksiyalar BCM-nin ABŞ və onun müttəfiqləri, o cümlədən İsrail əleyhinə apardığı araşdırmalarda iştirak edən məmurları və onların ailələrini əhatə edəcək.
Bildirilir ki, BCM "qanunsuz və əsassız hərəkətlər edib" və ABŞ ilə İsrailin üzərindən öz yurisdiksiyasını irəli sürərək, ABŞ və onun müttəfiqləri, o cümlədən İsrail haqqında ilkin araşdırmalara başlayıb.
Tramp BCM-nin öz səlahiyyətlərini daha da sui-istifadə edərək, İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Galant haqqında həbs orderləri verdiyini vurğulayıb. O, ABŞ və İsrailin BCM-nin yurisdiksiyasına daxil olmadığını qeyd edib.
Xatırladaq ki, əvvəllər 2019-cu ildə Tramp administrasiyası ABŞ-nin Əfqanıstandakı hərbi əməliyyatlarına dair araşdırma aparan MÜS-ə qarşı sanksiyalar tətbiq edib. 2021-ci ildə isə Cozef Bayden administrasiyası bu sanksiyaları ləğv edib.
Fatimə Məmmədova
15:00 07.02.2025
Oxunuş sayı: 3731