Ukrayna NATO-ya üzv qəbul edilsin - Amerikalı generaldan TƏKLİF

ABŞ-nin Avropadakı keçmiş komandanı Ben Hodces Ukraynanı NATO və Aİ-yə üzv etməyə çağırıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Təqaüddə olan general-leytenant “European Security & Technology” jurnalına deyib ki, əgər Qərb ölkəni hərbi cəhətdən gücləndirsə, Ukrayna “Putinin Avropanı daha da fəth etmək üçün aydın şəkildə ifadə edilmiş planlarına qarşı dayağa çevrilə bilər”.
"Ukraynanın sağ qalması, NATO və Avropa Birliyinə daxil olması Avropanın təhlükəsizliyi və qlobal təhdidlərdən müdafiəsi üçün böyük əhəmiyyət kəsb edir", - Hodges deyib.
Generalın fikrincə, Ukrayna məğlub olarsa, Rusiyanın NATO ölkələrinə hücumu təhlükəsi artacaq.
14:52 07.02.2025
Oxunuş sayı: 3062