️Anna Hakopyan İrəvanda "TED Talks" təşkil edəcək - ilk qonaq Paşinyandır

Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Hakopyan "TED Talks" formatında çıxışlar təşkil etməyə qərar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
İlk görüş martın 15-də Paşinyanın iştirakı ilə keçiriləcək.
Formata tematik çıxışlar, spikerlər və auditoriya arasında söhbətlər daxildir.
"TED Talks"ın keçirilməsi üçün İrəvandakı K.Stanislavski adına Rus Dram Teatrının binası seçilib.
13:42 07.02.2025
Oxunuş sayı: 2972