ABŞ USAID-də işçi sayını kəskin azaldır

ABŞ Prezidenti Donald Trampın administrasiyası USAID (Beynəlxalq İnkişaf Agentliyi) işçilərinin sayını kəskin azaltmaq qərarına gəlib. Belə ki, agentliyin dünyanın müxtəlif ölkələrində çalışan 10 mindən çox əməkdaşından cəmi 294-ü vəzifədə qalacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
İxtisarlar xüsusilə Afrika və Asiya bürolarına ciddi təsir edəcək. Məlumata görə, Afrikadakı USAID nümayəndəliyində cəmi 12, Asiya bürosunda isə cəmi 8 əməkdaş qalacaq. Bu, agentliyin fəaliyyətinin 30 dəfədən çox kiçildilməsi deməkdir.
Fatimə Məmmədova
10:54 07.02.2025
Oxunuş sayı: 3257