İranın vitse-prezidenti İraq prezidenti ilə görüşüb

Bu gün İraq prezidenti Əbdüllətif Camal Rəşid İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif və nümayəndə heyətini qəbul edib.
Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir ki, Camal Rəşid vurğulayıb ki, İraq müstəqil dövlətin qurulması ilə Fələstin xalqının hüquqlarına və müqəddəratını təyin etməyə nail olmaqda dəstək verməyə hazırdır.
Zərif də öz növbəsində ərəb dünyasında, eləcə də regional səviyyədə sülh və sabitliyin əsaslarının yaradılmasında Bağdad və Tehranın mühüm rolunu vurğulayıb
18:48 06.02.2025
Oxunuş sayı: 2912