ABŞ İsraili silahlandırır: Yaxın Şərqdə "yer yerindən oynayacaq

ABŞ İsrailə yeraltı strateji onyektləri məhv edə bilən silahlar göndərəcək.
Ekspertlər hesab edirlər ki, bu addım İsrailin İranın nüvə obyektlərinə mümkün hücumu üçün siqnal ola bilər.
ABŞ-nin İsrailə bu cür strateji silahlar göndərməsini bölgədəki güc balansına necə təsir edəcək?
Mövzu ilə bağlı Crossmedia.az saytına danışan politoloq Xəyal Bəşirov ABŞ-nin İsrailə silah tədarükünün ilk olmadığını qeyd edib.
Onun sözlərinə görə, yeraltı obyektlərin vurulması ilə bağlı silahların verilməsi məsələsinin gündəmə gəlməsi əslində yeddi oktyabr 2023-cü ildə "Həmas"ın İsrailə hücum etməsindən sonra yeraltı yollardan, yeraltı bunkerlərdən istifadə edən "Həmas" və "Hizbullah" qruplaşmalarının obyektlərinin vurulması məsələsi ilə bağlıdır: "Bu zaman İsrail bu məsələyə xeyli vaxt maddi silah resursları, texniki resurslar sərf etsə də, qarşısına qoyduğu hədəflərə nail ola bilmədi. Təbii ki, bu da hazırkı bu məsələni aktuallaşdırdı.
Hər bir halda bu həmin o qüvvələrə, yeraltı tunellərdən, yeraltı yollardan, yeraltı sığınacaqlardan istifadə edən "Hizbullah", "Həmas" və digər bu kimi qruplaşmalara bir mesajdır ki, gələcəkdə onların həmin o daldanacaqları da vurula bilər. Digər bir məsələ İranla bağlıdır. Belə ki, İran zaman-zaman həmin nüvə silahın əldə edilməsi ilə bağlı araşdırmaları, laboratoriyaları və digər obyektləri elə məhz İsraildən, ABŞ-dən və digər İranla mübarizə aparan qüvvələrdən gizlətmək üçün istifadə etdiyi ən təhlükəsiz yerlər kimi yeraltı dərinliklərində olan sığınacaqlar vasitəsilə idi".
Onun sözlərinə görə bu silahların verilməsi yalnız yeraltı bunkerləri hədəf alacaq qruplaşmalar üçün deyil, həm də İranın nüvə obyektləri ilə əlaqəli olacaq: "İran bu cür obyektləri İsraildən və digər qüvvələrdən gizlətmək üçün yeraltı sığınacaqlardan istifadə edir. Bu isə, əslində, İsrailin yalnız proksi qüvvələrini deyil, həm də İranın öz yeraltı obyektlərini hədəf almaq niyyətində olduğunu göstərir".
B.Xəyal bu silahların tədarükünün İranın ciddi reaksiya verə biləcəyini vurğuyıb:
"Əgər İranın reaksiyası əvvəlcədən gözlənildiyi kimi olarsa, bu, bölgədəki dinamikaları daha da gərginləşdirə bilər. Bu addım bölgədəki strateji münaqişələrə yeni bir təkan verə bilər",- ekspert qeyd edib.
Fatimə Məmmədova
16:48 06.02.2025
Oxunuş sayı: 5266