Türkiyədə avtobus yük maşınına çırpıldı: 25 yaralı

Türkiyənin Sivas şəhərində avtobusun yük maşınına çırpıldığı qəza nəticəsində 20-dən çox yaralı var.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat verib.
Məlumata görə, qar yağıntısının təsir etdiyi Sivas-Ərzincan yolunda sərnişin avtobusu yük maşınına çırpılıb.
Qeyd edək ki, hadisə nəticəsində 25 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıb.
Fatimə Məmmədova
14:44 06.02.2025
Oxunuş sayı: 2368