İran prezidenti: “Qonşularla düzgün davransaq..."

Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı “maksimum təzyiq” siyasətindən istifadə etməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Pezeşkian İranın sanksiyaların təsirini neytrallaşdırmaq üçün kifayət qədər resurs və imkanlara malik olduğunu qeyd edib.
Məsud Pezeşkian “İran qonşu ölkələrlə düzgün, uğurlu münasibətlər qursa, Tehrana necə sanksiya tətbiq edilə biləcəyini” sorğulayıb.
Pezeşkianın sözlərinə görə, bir çoxları İran iqtisadiyyatının yalnız neftdən asılı olduğunu düşünür, ancaq o hesab edir ki, bu, həqiqətdən uzaqdır.
“Amerikalılar elə bilirlər ki, bizim gördüyümüz hər şey neftdən asılıdır və onlar bizim ixracımızı dayandırmağa çalışırlar. Onların hədəflərini zərərsizləşdirməyin isə bir çox yolu var”, - deyə, İran prezidenti qeyd edib.
13:11 06.02.2025
Oxunuş sayı: 3189