“Arbat”ın yaradıcısını öldürən erməni kamikadze kimdir? - YENİ DETALLAR

Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyanı öldürən erməni kamikadze-terrorçu elitar qoşunların üzvü ola bilərdi.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, mənbə 112 xidmətinə bildirib ki, qatilin adı K. Parurdurun 55 yaşı var.
“Onun cinayət işi var. Ölən qatilin sol baldırında qılınc şəklində köhnə döymə var ki, bu da onun desant qüvvələri və ya digər elitar qoşunlarla keçmiş əlaqəsini göstərə bilər. Qatilin şəriki olduğu ehtimal edilən bir neçə şəxs artıq həbs edilib və təhlükəsizlik qüvvələri onlarla işləyir”, - deyə nəşr bildirib.
10:56 06.02.2025
Oxunuş sayı: 1578