Çindən Trampa cavab: “Razı deyilik!”

Çin, ABŞ prezidenti Donald Trampın Qəzza zolağının sakinlərinin bir sıra ərəb ölkələrinə köçürülməsi ilə bağlı fikrinə qarşı çıxır.
Crossmedia.az bu barədə “Lenta.ru”a istinafən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian mətbuat konfransında deyib: “Çin həmişə hesab edib ki, “Fələstini fələstinlilər idarə etməlidir” prinsipi Qəzzanın müharibədən sonrakı idarəçiliyinin əsas qaydası olmalıdır”, – deyə diplomat vurğulayıb.
Çin XİN ümid etdiyini bildirib ki, tərəflər atəşkəsdən istifadə edərək, “İki dövlət – iki xalq” planı əsasında fələstin məsələsinin siyasi həllinə nail olmağa çalışacaqlar.
Bundan əvvəl Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlardan sonra ABŞ-nin Qəzza zolağını nəzarətə götürməyə, partlamamış bombalar və digər silahları zərərsizləşdirməyə, ərazini düzləşdirməyə və dağıdılmış binalardan təmizləməyə hazır olduğunu bəyan etmişdi. O, eyni zamanda, Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif etmişdi.
Nərgiz Camalzadə
10:29 06.02.2025
Oxunuş sayı: 2324