Yevlaxda 4 nəfər saxlanılıb

Yevlaxda polisin keçirdiyi tədbirlər zamanı 4 nəfər saxlanılıb.
Crossmedia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində Vüsal Əliyev, Ruslan Xəlilov, Rövşən Məmmədov və Natiq Bəkirov saxlanılıblar. Həmin şəxslərdən 5 kiloqrama yaxın marixuana və tiryək aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
10:15 04.02.2025
Oxunuş sayı: 2468