Qadın voleybolçular arasında bu gün IX turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IX turun oyunları keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq.
UNEC - "Gəncə" matçı saat 15:00-da, “Azərreyl” - “Abşeron” görüşü 16:00-da, “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” oyunu isə 18:00-da start götürəcək.
Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
09:02 04.02.2025
Oxunuş sayı: 3280