ABŞ İsrailə 1 milyard dollarlıq yeni silah satışı hazırlayır

ABŞ administrasiyası İsrailə 1 milyard dollar dəyərində yeni silah satışı planlaşdırır.
Crossmedia.az Wall Street Journal qəzetinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailə 4 min 700 ədəd 500 kq-lıq bomba (700 milyon dollar) və zirehli buldozerlərin (300 milyon dollar) satışı üçün Konqresə müraciət edib.
Satışın İsrail Baş naziri Binyamin Netanyahunun Tramp ilə görüşəcəyi Vaşinqton səfəri ilə üst-üstə düşməsi diqqət çəkir. ABŞ mediası Netanyahu-Tramp görüşündə İsrailin əlavə 8 milyard dollarlıq silah satışı üçün dəstək istəyəcəyini iddia edib.
Qeyd edək ki, Tramp vəzifəyə gələn kimi Bayden dövründə dayandırılmış 1 tonluq bombaların İsrailə göndərilməsinə qoyulan qadağanı ləğv etmişdi. ABŞ qanunlarına əsasən, xarici ölkələrə silah satışı üçün Konqresin təsdiqi tələb olunur.
Fidan Hacızadə
05:53 04.02.2025
Oxunuş sayı: 2629