AB-dən ABŞ-a xəbərdarlıq: Yeni gömrük tariflərinə sərt cavab veriləcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, ABŞ-nin AB-yə yeni gömrük tarifləri tətbiq etməsi halında sərt cavab veriləcəyini bildirib.
Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki, Brüsseldə keçirilən müdafiə zirvəsindən sonra açıqlama verən von der Leyen, AB-nin ABŞ-la dialoqa hazır olduğunu, lakin haqsız tariflərə qarşılıq verəcəklərini vurğulayıb.
O, Kanada və Meksikaya tətbiq edilən tariflərin iqtisadiyyata zərər vurduğunu və inflyasiyanı artırdığını qeyd edərək, bu siyasətin mənfi nəticələr doğuracağını bildirib.
Fidan Hacızadə
08:42 04.02.2025
Oxunuş sayı: 2585