Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın bir ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz qalıb.
Crossmedia.az xəbər verir ki, həftə ərzində 1 dolların orta çəkili məzənnəsi 1.7 manat təşkil edib.
Ötən həftənin yekunlarına görə, manatın bir avroya qarşı rəsmi məzənnəsi 0.0127 manat ucuzlaşıb. Orta ölçülmüş məzənnə 0,0267 manat artaraq 1 avro üçün 1.7724 manat təşkil edib.
Ötən həftə manatın 100 Rusiya rubluna nisbətdə rəsmi məzənnəsi 0.0109 manat ucuzlaşıb. Orta ölçülmüş məzənnə 0.07505 manat artaraq 1 rubl üçün 1.73175 manat təşkil edib.
Ötən həftə manatın bir türk lirəsinə nisbətdə rəsmi məzənnəsi 0,0002 manat azalıb. Orta ölçülmüş məzənnə 0,0004 manat azalaraq 1 lirə üçün 0,0475 manat təşkil edib.
Qeyd edək ki, 20 yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü, 29 yanvarda isə bələdiyyə seçkiləri keçirildiyindən ölkədə rəsmi olaraq qeyri-iş günü elan edilmişdi. Buna görə də həmin tarixlərdə valyuta məzənnələrinə dair göstəricilər cədvəllərdə öz əksini tapmayıb.
18:20 03.02.2025
Oxunuş sayı: 4703