Rusiya XİN: Fələstinli qaçqınlara yardımlar davam etməlidir

- Rusiya Xarici İşlər Nazirliyi BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) fəaliyyətinə qoyulan qadağa ilə bağlı bəyanat yayıb.
- Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda Moskvanın UNRWA-nın missiyasının davam etməsinin vacibliyinə inandığı vurğulanıb.
- “Moskva əmindir ki, onilliklərdir işğal altındakı ərazilərdə və qonşu ölkələrdə fələstinli qaçqınlara dəstək olan, onların fundamental geri qayıtmaq hüququnu təmin edən UNRWA-nın fəaliyyəti dayandırılmamalıdır. Bu missiya, yalnız Fələstin-İsrail münaqişəsinin yekun sülh yolu ilə həllinə, 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına qədər davam etməlidir. Bu dövlət İsrail ilə sülh və təhlükəsizlik şəraitində yanaşı yaşamalıdır”,– deyə qeyd edilib.
- Fatimə Məmmədova
12:57 01.02.2025
Oxunuş sayı: 2773