Hökməlidə obyekt yanıb





- Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
- Bildirilib ki, üçmərtəbəli obyektdəki yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
- Yanğın nəticəsində ümumi sahəsi 731 kvadratmetr olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin üçüncü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 kvadratmetr sahədə yanıb.
- Tikilinin böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
11:21 01.02.2025
Oxunuş sayı: 2558