Avropada qazın qiyməti artıb

- Yanvar ayında Avropada qazın orta qiyməti 6% artaraq 1,000 kubmetr üçün təxminən 517 dollar olub.
- Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qiymət artımına iki əsas amil səbəb olub. Belə ki, birincisi, soyuq hava şəraitinə görə Avropanın qaz anbarlarından ehtiyatların sürətli şəkildə çıxarılmasıdır. İkincisi isə Rusiyanın Ukrayna vasitəsilə qaz tranzitini dayandırmasıdır.
- Qeyd edək ki, Avropada enerji bazarındakı dəyişikliklər qaz qiymətlərinə birbaşa təsir göstərir. Analitiklər yaxın dövrdə qiymətlərin dinamikasını hava şəraiti və təbii qaz təchizatı ilə bağlı geosiyasi vəziyyətin müəyyən edəcəyini bildirirlər.
- Fatimə Məmmədova
11:05 01.02.2025
Oxunuş sayı: 2491