ABŞ-Venesuela münasibətləri müzakirə edilib

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın xüsusi missiyalar üzrə elçisi Riçard Qreneli ölkənin paytaxtı Karakasda qəbul edib.
Crossmedia.az Venesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən miqrasiya, Venesuelaya qarşı iqtisadi sanksiyalar və ölkənin siyasi sisteminin bütövlüyünü müzakirə ediblər.
Nazirlik həmçinin iki ölkənin münasibətlərində dönüş nöqtəsinə nail olmasının vacibliyini vurğulayıb.
09:22 01.02.2025
Oxunuş sayı: 2453