Pakistan- Əfqanıstan sərhədində silahlı toqquşma baş verib: Ölən və yaralananlar var

Pakistanla Əfqanıstan sərhədindəki Xayber Paxtunxva əyalətində toqquşma baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində Pakistan ordusunun iki hərbçisi həlak olub, altısı yaralanıb.
Ordunun məlumatına görə, Xayber Paxtunxvaya bağlı Şimali Vəziristan bölgəsində üzvlərinin gizləndiyi məkana basqın təşkil edilib.
Fidan Hacızadə
14:34 30.01.2025
Oxunuş sayı: 2929