Son 20 ildə Azərbaycanda neçə körpü və piyada keçidi tikilib? - RƏSMİ

- Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur.
- Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 2004-2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilmiş, 56-ı təmir edilmiş, 163 yeraltı və yerüstü piyada keçidi və 45 tunel inşa edilib.
- Təbii ki, bu qurğuların istismara verilməsi nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
- Ölkəmizdə yeni yolların salınması, mövcud yolların əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr durmadan uğurla davam etdirilir.
14:20 30.01.2025
Oxunuş sayı: 3611