Meir Lau: “Azərbaycan 55 mindən çox yəhudiyə sığınacaq verib”

“Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb”.
Crossmedia.az xarici mətbuatına istinadən xəbər verir ki, bunu israilin keçmiş baş katibi, holokostdan sağ çıxmış şəxs, İsrail Meir Lau Holokostun Beynəlxalq Anma Günü münasibətilə keçirilən mərasimdə bildirib.
“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni xatırlatmaq istəyirəm: Yəhudi xalqı ilə sıx əlaqələri olan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan dövləti, biz onlarla daim çiyin-çiyinə olmuşuq. Üstəlik, Holokost zamanı qırğından qaçan 55 mindən çox yəhudi, 7 oktyabr fəlakətindən (HƏMAS-ın İsrailə hücumundan) sonra isə yüzlərlə insan Azərbaycanda sığınacaq tapıb”,- deyə o, qeyd edib.
Meir Lau həmçinin vurğulayıb ki, 7 oktyabr hadisələrindən sonra Azərbaycan vətəndaşları İsrail səfirliyinə gələrək gül buketləri və başsağlığı məktubları təqdim ediblər.
Aybəniz Səfərova
13:07 30.01.2025
Oxunuş sayı: 4281