Özbəkistan Türkiyədən yeni ANKA PUA-ları alır

- Özbəkistan Türkiyənin TUSAŞ aerokosmik şirkəti ilə ANKA tipli zərbə PUA-larının alınması üçün müqavilə imzalayıb. Bildirilir ki, müqavilə çərçivəsində ilk çatdırılmalar yaxın zamanda başlayacaq.
- Crossmedia.az xəbər verir ki, sözügedən ANKA PUA-ları 30 saat havada qala bilir və 350 kiloqrama qədər yük daşıma qabiliyyətinə malikdir. Bu razılaşma iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım hesab olunur.
- Emil Bağızadə
08:44 30.01.2025
Oxunuş sayı: 3332