ABŞ-da keçmiş senator həbs edilib

ABŞ-da keçmiş senator Bob Menendez korrupsiya və "xarici agent" kimi fəaliyyət göstərmək ittihamları ilə 11 il həbs cəzası alıb.
Crossmedia.az xəbər verir ki, o, vəzifədə olduğu müddətdə xarici maraqlar üçün çalışdığına görə məhkum edilən ilk senator kimi tarixə düşüb.
Menendezin rəhbər mövqedə olduğu komitənin səlahiyyətlərindən sui-istifadə etdiyi və qanunvericiliyə zidd hərəkətlər etdiyi bildirilir. Bu hadisə ABŞ siyasi tarixində ciddi korrupsiya faktlarından biri kimi qiymətləndirilir.
Emil Bağızadə
08:39 30.01.2025
Oxunuş sayı: 3458