İsraildən hücum: 10 fələstinli ölüb

- İsrailin İordan çayının qərb sahilinin şimal hissələrinə hücumu nəticəsində 10 fələstinli həlak olub.
- Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
- Məlumata görə, Tubasın cənub-şərqində yerləşən Tammun şəhəri atəşə tutulub.
- Fələstinin xəbər agentliyi olan “WAFA” isə iddia edir ki, şəhərin mərkəzindəki yaşayış binasının həyətində bir qrup insan hücuma məruz qalıb. Ölənlər barədə dəqiq məlumat yoxdur.
- Nəzrin Salmanova
08:30 30.01.2025
Oxunuş sayı: 3496