Tulsi Gabbardın Hizbullahla Görüşü və DNI Namizədliyi

ABŞ-ın keçmiş Konqres üzvü və prezidentlik namizədi Tulsi Gabbardın Milli Kəşfiyyat Direktorluğu vəzifəsinə namizədliyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Crossmedia.az The New York Times-a istinadən xəbər verir ki, Gabbard 2017-ci ildə Livanda Hizbullahın yüksək rütbəli nümayəndəsi ilə görüşüb.
Kəşfiyyat mənbələrinə əsasən, bu səfərdən sonra iki Hizbullah döyüşçüsünün arasında baş tutan söhbət dinlənilib.
Söhbət əsnasında döyüşçülərdən biri Gabbardın “patron” ilə görüşdüyünü qeyd edib, lakin həmin şəxsin kimliyi açıqlanmayıb.
ABŞ Senatı, 30 yanvarda Gabbardın Milli Kəşfiyyat Direktorluğu vəzifəsinə namizədliyi ilə bağlı dinləmələr keçirəcək. Senata yaxın mənbələr bildirirlər ki, Gabbardın namizədliyi bu dinləmələr nəticəsində rədd oluna bilər.
Qeyd edək ki, Milli Kəşfiyyat Direktorluğu(DNI) ABŞ-ın kəşfiyyat strukturları arasında koordinasiyanı təmin edən əsas qurumdur və dövlətin xüsusi məlumatlarına çıxış imkanı əldə edir.
23:26 29.01.2025
Oxunuş sayı: 4959