Xəzər dənizi üzərindən uçan təyyarə qəza siqnalı verib

Dubay-Moskva təyyarəsi Xəzər Dənizi üzərində qəza siqnalı göndərib.
Crossmedia.az xəbər verir ki, DP992 reysi ilə Dubaydan Moskvaya uçan “Boeing 737 Pobeda” tipli təyyarə Xəzər dənizi üzərində qəza siqnalı göndərib.
FlightRadar24-ün məlumatına görə, təyyarə sonuncu dəfə Həştərxan səmasında görünüb.
xarici mediaların yaydığı məlumatda isə təyyarənin təhlükəsiz şəkildə Həştərxana eniş etdiyi bildirilib.
Qeyd edək ki, qəza siqnalı baqaj hissəsindəki yanğın sensorunun işə düşməsi səbəbindən verilib.
Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Aviaşirkət vəziyyəti araşdırır.
21:40 29.01.2025
Oxunuş sayı: 4648