Azərbaycan və Özbəkistan elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirib

- Azərbaycan və Özbəkistan arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib.
- Crossmedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
- Məlumata görə, Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobili yanvarın 27-də Azərbaycana çatıb.
- Qeyd edək ki, AYNA tərəfindən “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması şəffaflığı təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır, həmçinin icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradır.
- Mərhələli şəkildə digər ölkələrlə də “e-Permit” – elektron icazənin mübadiləsi və verilməsi nəzərdə tutulur.
13:27 29.01.2025
Oxunuş sayı: 3624