Şimali Koreya lideri müharibə anonsu verdi: “Qarşıdurma qaçılmazdır”

"Düşmən mövqeli ölkələrlə qarşıdurma qaçılmazdır. Şimali Koreya nüvə potensialını aktiv şəkildə artırmalıdır”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.
Liderin sözlərinə görə, Şimali Koreyanın təhlükəsizliyi üçün yalnız mövcud təhdidlərlə deyil, həm də yeni potensial imkanlarla mübarizə aparmaq vacibdir.
Qeyd edək ki, Kim Çen İn bu bəyanatı Cənubi Koreyada davam edən daxili siyasi böhran fonunda, Şimali Koreya ilə münasibətlərin yaxşı olduğunu vurğulayan Trampın son açıqlamasından sonra verib.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton isə bildirib ki, Tramp ikinci prezidentlik müddətində ya Kim Çen İni Ağ Evə dəvət edə, ya da özü Pxenyana gedə bilər. Bu ehtimal realdır. Çünki Tramp Kim Çen İnlə görüşən ilk ABŞ prezidenti olub və onunla danışıqlar aparıb.
Aybəniz Səfərova
12:17 29.01.2025
Oxunuş sayı: 3195