Qazaxda ev yanıb

- Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Ağköynək kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
- Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
- Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
- Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
- Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
- Evin böyük hissəsi yanğından mühafizə olunub.
11:25 29.01.2025
Oxunuş sayı: 3483