Şahmat üzrə Azərbaycan çempionatlarının mükafat fondu açıqlanıb

- Kişi və qadın şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatlarının mükafat fondu müəyyənləşib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
- Kişilərin yarışının mükafat fondu 90 min, qadınlarda isə 30 min manat təşkil edir.
- Reqlamentə əsasən, kişilər arasında turnirin qalibi 20 min, qadınların yarışının çempionu 10 min manat qazanacaq.
- Qeyd edək kİ, Azərbaycan çempionatının açılış mərasimi yanvarın 31-də keçiriləcək.
17:51 28.01.2025
Oxunuş sayı: 4390