Basketbol üzrə Azərbaycan Kuboku: 1/8 final mərhələsi başlayacaq

- Basketbol üzrə Azərbaycan Kubokunda bu gün 1/8 final mərhələsi başlayacaq.
- Crossmedia.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
- "Lənkəran" - NTD matçı saat 14:00-da, "Abşeron" - "Quba" görüşü isə 19:00-da start götürəcək.
- Qeyd edək ki, bu raundun "Gəncə" - "Ordu" və "Sumqayıt" - "Neftçi" oyunları sabah təşkil olunacaq. "Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
09:49 28.01.2025
Oxunuş sayı: 3869