Express avtobuslara tələbat artır - SƏBƏBLƏR AÇIQLANDI

2024-cü ildə "BakuBus" MMC-nin “Hava limanı express” avtobuslarından 483 991 nəfər istifadə edib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2 dəfədən çox artım deməkdir. Həmin il sözügedən avtobuslara 208 578 nəfər minib.
Bu, ekpress avtobuslara artan tələbatdan xəbər verir. Mövcud statistika belə düşünməyə əsas verir ki, sərnişinlər daha çox ekspress avtobuslara üstünlük verirlər.
Sözügedən tendensiyanı Crossmedia.az-a dəyərləndirən
nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, havalimanları ilə bağlı dünyada yanaşmalar fərqlidir: “Havalimanları sərnişinlərin
çox istifadə etdiyi bir məkandır. Burada da ictimai nəqliyyatın müxtəlif növlərinin
olması təbiidir. Bizdə, təəssüf ki, havalimanına əvvəllər yalnız şəxsi
avtomobil və ya taksiylə hərəkət etmək imkanı var idi. Son dövrlərdə ekspres
avtobuslar yaradılıb. Əslində koronavirus pandemyasından əvvəl də bu var idi.
Lakin mövcud vəziyyətlə əlaqədər olaraq onların istifadəsi dayandır. İndi Azərbaycaycan
Yerüstün Nəqiyyat Agentliyi (AYNA) sözügedən marşrut xətlərinin fəaliyyətini bərpa
edib. Kifayət qədər sərnişin axını var”.
Ekspert bunu sözügedən nəqliyyatın
ucuzluğu ilə əlaqələndirib: “Taksi ilə gedəndə təxminən 20 manat ödəməli
olursan. Amma ekspres avtobus xətləri müəyyən saatlarda, daha ucuz qiymətə sərnişinləri
aparıb çatdırır. Ona görə də axın var. İnsanlar arasında da təbliğat işi
aparılır. AYNA bu ekspres avtobusların
haradan hərəkət etdiyi, ödənişin nə qədər olduğu və s. haqqında vətəndaşlara məlumat
verir. İnsanlar da görür ki, bu, əlverişli
variantdır. Xüsusilə gündüz vaxtları sxpress avtobuslardan istifadə daha
çox olur və bu tendensiya getdikcə artır”.
Nərgiz Camalzadə
16:44 27.01.2025
Oxunuş sayı: 3894