Vətəndaşa hədə-qorxu gələrək pul tələb etdi: həbs edildi

- Vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19 min 500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
- Polis əməkdaşları onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsini aşkar edərək maddi sübut kimi götürüb.
- Faktla bağlı cinayət işi başlanılıb, B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
10:34 27.01.2025
Oxunuş sayı: 3859