İdmançılarımız beynəlxalq turnirdə iki medal qazanıblar



- Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.
- Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildirilib.
- Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.
- Ülvi Hüseynov - Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.
09:59 27.01.2025
Oxunuş sayı: 3156