"Sabah"dan maraqlı statistika

- "Sabah" Azərbaycan çempionatı tarixində bir mövsümdə ilk 20 turun oyunlarının ən azı yarısında heç-heçə edən üçüncü komanda olub.
- Crossmedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
- Paytaxt təmsilçisi son olaraq Misli Premyer Liqasının XX turunda "Sumqayıt"la qolsuz bərabərə qalıb. "Bayquşlar" keçirdiyi 20 matçda 10-cu dəfə sülhə razılaşıb.
- Mütləq rekord 2012/2013 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/2015 mövsümündə “İnter” adı ilə 10 bərabərliyə imza atıb.
09:06 27.01.2025
Oxunuş sayı: 3884