Tramp Kanadaya ABŞ-nin ştatı kimi baxdığını açıqladı

- ABŞ Prezidenti Donald Tramp, Kanadanın illərlə ABŞ-dan faydalandığını iddia edərək, onu “ABŞ-nin 51-ci ştatı olmalı bir ölkə” kimi xarakterizə edib.
- Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki,“Kanadanı ştat görsək, daha az vergi ödəyəcəklər, daha yaxşı xidmət və təhlükəsizlik əldə edəcəklər,” – deyə Tramp bildirib.
- O, ABŞ-nin hər il Kanadaya milyonlarla dollar itirdiyini qeyd edərək, Kanadanın ABŞ-dan istismarına daha icazə verməyəcəklərini vurğulayıb.
- Tramp, həmçinin Qrenlandiyanın alınması məsələsini yenidən gündəmə gətirib.
- Fidan Hacızadə
13:08 26.01.2025
Oxunuş sayı: 3876