Hollandiya muzeyində böyük soyğun


Romaniyanın ən qiymətli tarixi irsi olan Cotofeneşti Qızıl Dəbilqəsi və üç Daciya krallıq bilərziyi də daxil olmaqla bir neçə nadir əsər Hollandanın Assen şəhərində yerləşən Drents Muzeyindən oğurlanıb.
Hollandiya polisi bildirib ki, şənbə gecəsi saat 03:45-də müzeyin qapısı partlayıcı vasitəsilə açılaraq, oğurluq bir neçə nəfər tərəfindən həyata keçirilib. Hadisə yerinə yaxın yerdə yanmış bir avtomobilin tapıldığı və bu avtomobilin oğurluqla əlaqəli ola biləcəyi ehtimal edilir.
Drents Muzeyi və Buxarestdəki Rumıniya Milli Tarix Muzeyi hadisəni “faciəvi gün” kimi qiymətləndirib. Muzey rəhbəri Harri Tupan mətbuata verdiyi açıqlamada, “Bu hadisə bizi dərindən sarsıtdı və rumın həmkarlarımıza qarşı böyük bir məsuliyyət hiss edirik” deyə vurğulayıb.
Oğurlanan əsərlər arasında eramızdan əvvəl 450-ci ilə aid Cotofeneşti Qızıl Dəbilqəsi və üç unikal krallıq bilərziyi də var. Həmin əsərlər Rumıniya Milli Tarix Muzeyindən Drents Muzeyinə müvəqqəti sərgilənmək üçün gətirilmişdi.
Qeyd edək ki, Hollanda 2022-ci ildə TEFAF Sənət Sərgisində baş verən bir başqa oğurluq hadisəsi ilə də gündəmə gəlmişdi. Həmin vaxt oğurlanan iki almaz zinət əşyası yalnız iki il sonra geri qaytarılmışdı.
Maral Şahverdili
13:53 26.01.2025
Oxunuş sayı: 2818