Bu küçədə yol hərəkəti yenidən təşkil edildi

Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Facebook” hesabında məlumat yayıb.
“Ağa Nemətulla-Çaykovski-Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, - paylaşımda bildirilib.
18:57 25.01.2025
Oxunuş sayı: 5441