Qəzzaya humanitar yardımların çatdırılması davam edir

Atəşkəsin altıncı günündə Qəzzaya 339 humanitar yardım yük maşını daxil olub
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Qəzza zolağına 339 humanitar yardım yük maşını daxil olub. Əvvəlki günlərlə müqayisədə bölgəyə daxil olan yardım yük maşınlarının sayında ciddi azalma qeydə alınıb.
İsraillə HƏMAS arasında 19 yanvarda qüvvəyə minmiş atəşkəsin ardınca Qəzza zolağına humanitar yardımların çatdırılması davam edir.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Əlaqələndirmə Ofisinin (OCHA) verdiyi açıqlamada bildirilib ki, atəşkəsin altıncı günü olan 24 yanvarda bölgəyə 339 humanitar yardım yük maşını daxil olub. Atəşkəsin başlanmasından etibarən 130-dan çox paylama nöqtəsinə 200 mindən artıq ərzaq paketi göndərildiyi vurğulanıb.
Fidan Hacızadə
17:26 25.01.2025
Oxunuş sayı: 3695