Pentaqonun yeni rəhbəri bu şəxs olacaq

- ABŞ senatı ölkə Prezidenti Donald Trampın Müdafiə Katibliyinə (Pentaqon) namizədi Pit Heqsetin namizədliyini gərgin keçən səsvermədən sonra təsdiqləyib.
- Crossmedia.az xəbər verir ki, səsvermədə nəticələr 50-50 olub. 50 Respublikaçı senator lehinə, 3 Respublikaçı və 47 demokrat əleyhinə səs verib. Bu cür bərabərlik zamanlarında son sözü vitse-prezident deyir.
- Vitse-prezident Vensin səsi ilə Heqset 51-50 səs fərqi ilə Birləşmiş Ştatların yeni Müdafiə Naziri kimi təsdiqlənib.
- Heqsetin namizədliyi ilə bağlı fikir ayrılıqlarına səbəb onun dünyagörüşüdür. Heqset qadınların orduda xidmət etməsinə qarşıdır. Eyni zamanda onun zaman-zaman radikal fikirləri demokratlar və mötədil respublikaçılar arasında narahatlıq yaradıb.
- O Əfqanıstan və İraq müharibəsi veteranıdır. 2014-cü ildən mühafizəkarların əsas media qurumu olan "Fox TV" də çalışır.
- Qatı xristian fundamentali olan Heqset islamla bağlı bir sıra tənqidi fikirlərə malikdir. İsrailin Fələstini anneksiya etməsini tam dəstəkləyən Heqset həm də qatı Tramp tərəfdarıdır.
17:03 25.01.2025
Oxunuş sayı: 4235