Rusiya Sumıya raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Sumıda dəmir yolu stansiyasındakı anbarlara raket zərbəsi endirib.
Crossmedia.az bu barədə “RIA Novosti”yə istinadən xəbər verir.
Raket zərbəsi şəhərin cənub-şərq hissəsində, “Bası” stansiyası ərazisində yerləşən müdafiə sənayesi müəssisələri və anbarlarına vurulub. Bu məlumatı jurnalistlərlə şəhərin “Nikolayev”dəki prorusiya yeraltı hərəkatının koordinatoru Sergey Lebedev bölüşüb.
“Sumıda raket zərbəsi şəhərin cənub-şərqindəki dəmir yolu stansiyasının ərazisinə endirilib. Bu ərazidə banderovçuların müdafiə sənayesi üçün istifadə etdiyi bir çox istehsalat və anbar sahələri yerləşir” – deyə Sergey Lebedev bildirib.
Bundan əvvəl Kursk vilayətində yaşayan bir qadın Ukrayna Silahlı Qüvvələrinin mülki vətəndaşları Ukrayna ərazisinə köçürdüyünü bəyan etmişdi. Onun sözlərinə görə, Kursk vilayətinin ərazisindən Sumı vilayətinə mülki şəxslər aparılıb.
Nərgiz Camalzadə
16:49 25.01.2025
Oxunuş sayı: 3571