Hakan Fidan İraqa səfər edəcək

- Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək.
- Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi”nə istinadən məlumat yayıb.
- Bildirilib ki, səfər çərçivəsində onun İraq Prezidenti Əbdüllətif Camal Rəşid, ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani, Parlamentin Nümayəndələri Palatasının sədri Mahşud Meşhedani, Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyni ilə görüşü gözlənilir.
- Görüşlərdə Türkiyə-İraq münasibətləri və terrorla mübarizə məsələləri müzakirə olunacaq.
- Nərgiz Camalzadə
16:37 25.01.2025
Oxunuş sayı: 3646