Britaniya plutonium ehtiyatlarını basdırır

- Böyük Britaniya hökuməti “Sellafield” nüvə kompleksinin mülki reaktorlarından çıxan dünyanın ən böyük plutonium ehtiyatlarını basdırmaq qərarına gəlib.
- Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, nüvə kompleksi Şimali İngiltərədə, İrlandiya dənizi sahilində yerləşir. Məhz burada dünyanın ən böyük plutonium anbarı mövcuddur.
- “Mülki reaktorlardan əldə olunan plutonium ehtiyatlarının immobilizasiyası ilə bağlı Böyük Britaniya hökumətinin strateji qərarını Nüvə obyektlərinin ləğvi idarəsi alqışlayır”, – deyə qeyd olunub.
- Belə ki, Siskeyl şəhərinin sakinləri “Sellafield” nüvə kompleksinin yaxınlığında sahibsiz radioaktiv pişiklər dəstəsinin peyda olmasından şikayət ediblər. Həmçinin vətəndaşlar kompleks rəhbərliyini kənd üçün təhlükə yaratmaqda tənqid ediblər.
- Qeyd edək ki, hökumət nüvə tullantılarının emalı proqramını həyata keçirmək üçün icazə almağı planlaşdırır.
- Fatimə Məmmədova
15:31 25.01.2025
Oxunuş sayı: 3423