“Shell” ABŞ-nin enerji bazarında iştirakını genişləndirib

“Shell plc”nin törəmə şirkəti olan SENA Yeni Ingiltərə enerji bazarında iştirakını genişləndirərək RISEC Holdings MMC-nin alınmasını yekunlaşdırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən “Shell”ə Rod-Aylenddə yerləşən 609 meqavatlıq qaz turbin elektrik stansiyasının tam mülkiyyəti verilir.
Qeyd edək ki, əməliyyat məsrəfləri “Shell”in mövcud büdcəsi daxilindədir. Həmçinin, elan edilmiş maliyyə planlarında heç bir dəyişiklik edilməyəcək.
Nəzrin Salmanova
14:43 25.01.2025
Oxunuş sayı: 95451