İranın vitse-prezidenti tənqid atəşinə tutuldu

İranın vitse-prezidentinin "məcburi hicabla" bağlı açıqlamaları tənqid edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Davos forumunda İran hökumətinin ölkədə məcburi hicab qanununu yumşaltması ilə bağlı açıqlamasına görə sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib.
Zərif müsahibəsində deyib: “Tehran küçələrinə çıxsanız, başını örtməyən qadınlar görərsiniz. Bu, qanuna uyğun olmayan hərəkətdir, ancaq hökumət qadınlara təzyiq etməmək qərarına gəlib... Yetərli deyil, amma bu, düzgün addımdır”.
Zərifin açıqlamaları sosial şəbəkələrdə əks reaksiyaya səbəb olub və tənqidçilər onu İran hökumətinin mövqeyini təhrif etməkdə ittiham ediblər.
Deyilən sözlərə baxmayaraq, İranda yayılan gündəlik videogörüntülərdə polis və hökumət mollalarının küçələrdə qadınları başlarını örtmədiyinə görə təqib etməyə və ya onlara hücum etməyə davam etdiyi aydın görünür.
18:13 24.01.2025
Oxunuş sayı: 5617