FHN reyd keçirdi - Obyektlər sökülür

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni maneə yaradan halların aradan qaldırılması istiqamətində tədbir həyata keçirib.
Crossmedia.az xəbər verir ki, Bakının Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində FHN əməkdaşlarının iştirakı ilə sözügedən maneələr sökülüb.
Yanğın hadisələri ilə mübarizə zamanı yanğından mühafizə bölmələrinin çevik və effektli fəaliyyət göstərməsi üçün bina və qurğulara sərbəst yanaşmanın, o cümlədən, xüsusi təyinatlı yanğın-xilasetmə texnikalarının çevik döyüş açılışı üçün müvafiq şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması halları aşkar olunur ki, bunlar da yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni mane yaratmaqla əməliyyatların çevik və effektli aparılmasında çətinlik yarada bilər.
11:34 24.01.2025
Oxunuş sayı: 4759